Muəllif:

Əli Xamneyi məhbus qadınlara amnistiya elan edib

İranın dini lideri Əli Xamneyi məhbus qadınlara amnistiya elan edib.  Məhkəmə Sisteminin rəhbəri  Sadiq Amoli Laricani 20 aprel — Həzrəti Fatimənin doğum günü münasibətilə ölkə həbsxanalarında cəza çəkən məhbus qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanmasını xahiş edib.

İranın ali dini lideri təklifi qəbul edib. Belə ki, 6 ayadək, 6 aydan 1 il, 1 ildən 5 il, həmçinin 5 ildən daha çox  müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslər, öhdəsində azyaşlı uşaq olan qadınlar, həyat yoldaşı həbsdə olan qadınlar, borca görə məhkum olunmuşlar, anlaqlı olmayan vəziyyətdə cinayət törədənlər azadlığa buraxılacaqlar. Amnistiya yalnız cinayət, xüsusilə ağır cinayət törədənlərə, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunmuşlara, silah-sursat və narkotik maddələrin qaçaqmalçılığı, silahlı soyğun və quldurluq, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış vətəndaşlara şamil olunmayacaq. Qərarın nə qədər məhbus qadına şamil ediləcəyi açıqlanmayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159