Əli İnsanovun şikayətinə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılacaq
Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun ədliyyə naziri Fikrət Məmməov və Penitensiar Xidmətə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə işə mülki və yaxud inzibati qaydada baxılması məsələsi müzakirə edilib. Ə. İnsanovun vəkilləri Toğrul Babayev və Ağaveys Şahverdi işə mülki qaydada baxılmasını təklif ediblər. Daha sonra hakimlər müşavirəyə yollanıb.
Müşavirədən sonra məhkəmənin qərarı elan olunub. Qərara əsasən işə inzibati qaydada baxılacaq, bunun üçün iş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndəriləcək.
Əli İnsanov həbsxanada pis şəraitdə saxlanması və işgəncəyə məruz qalması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.