Muəllif:

Elə ciddi problemlər var ki… Məsələn, erkən nikahlardan doğulan uşaqlar

Uşaqların və qadınların zorakılığa məruz qalması bütün dünyada olduğu kimi Azərbaycanda da aktual və ağrılı məsələdir. Müsəlman ölkə olmağımızın və adət-ənənələrin zorakılığa dəxli yoxdur. Müsəlmanlığı bayram edib bunu danmaq olmaz.  Zorakılıq müsəlman, xristian və dini olmayan ölkələrdə də var.

Uşaq Hüquqları üzrə QHT Alyansının koordinatoru Nabil Seyidov deyir ki, uşaqlara və qadınlara qarşı zorakılıq bu gün var və təəssüf ki, həmişə olacaqdır. Amma zorakılığın önlənməsi üçün tədbirlər vəziyyəti yaxşı istiqamətə dəyişə bilər. Cəmiyyətin, dövlətin vəzifəsi də zorakılıq haqqında əhalini maarifləndirmək olmalıdır. Çünki məlumatlı şəxs özünü müdafiə etmək iqtidarındadır.  Eyni zamanda, müsahibim hesab edir ki, cinayət məsuliyyəti və cəza sərtləşdirilməlidir.

Seyidov deyir ki, ölkəmizdə valideynlərin uşaqları tərbiyələndirilməsində bilik və bacarıqları zəifdir:”Bəzi valideynlər uşaqları döyürlər, bu da əks effekt verir. Uşaqların tərbiyə metodu kimi döyülməsi vaxtilə Böyük Britaniyada çox tətbiq edilib. Araşdırma göstərib ki, Britaniya təcrübəsi  — uşaqlara qarşı fiziki qüvvənin tətbiqi onun tərbiyəsinə heç bir müsbət təsir göstərmir. Əksinə onun sağlamlığına, psixoloji emosional duruma mənfi təsir göstərir. Həmin uşaq böyüyəndə fiziki güc qüvvə tətbiq etməyə meyilli olur”.

Ona görə də hazırda Avropa Birliynə daxil olan ölkələrdə cismani cəza qadağan edilib. BMT-yə üzv olan 75 ölkədə belə qanunu qəbul edilib. Digər ölkələrdə qanunların üzərində iş aparılır.

Azərbaycana gəldikdə isə adət-ənənələrimiz bu səpkidə qanun qəbul etməyə icazə vermir. Qanun layihəsi parlamentdə müzakirə edilərkən əksər millət vəkilləri onun qəbulunu məqsədəuyğun hesab etməyiblər.

Məlumdur ki, sosial problemlər, ailədaxili münaqişə olan ailələrdə qadın və ya kişi məişət zorakılığına məruz qalırsa, uşağın zorakılığa məruz qalma riski bir neçə dəfə artır. Sosial- iqtisadi problemlərin həllinə nail olduqca zorakılıq azalır.

Seyidov deyir ki, bəzən valideynlərin döyməkdən başqa tərbiyə metodları haqqında xəbəri olmur:”Zorakılığa yol verməmək şərtilə uşağa cəza olaraq asudə vaxtını, sevdiyi oyuncaqlarla oyununu, uşaq filmlərinə, televizora baxmasını, kompüter oyunlarını, dostları ilə oyunu məhdudlaşdırmaq olar. Valideyn uşaq səhv iş gördükdə bunlardan tərbiyə metodları kimi istifadə edə bilər. Amma uşağın tərbiyəsində davamiyyət olmalıdır. Ana cəzalandıranda atanın fərqli mövqe tutması düzgün deyil. Valideynlər həmfikir olmalıdır. Bu, uşağa təsir edir. Pis və yaxşı polis rolu pisdir”.

Müsahibim onu da vurğuladı ki, Avropada uşaqlar özbaşınadır kimi fikirlərin əsası yoxdur. Tibbi təhsil aldığı və iş təcrübəsi illərində bir neçə xarici ölkələrdə yaşayan Nabil Seyidov deyir ki, əksinə Avropada ailə dəyərləri çox yüksək qiymətləndirlir, sadəcə onlar uşağın sərbəst, azad fikirli böyüməsinə daha çox əhəmiyyət verirlər:”Əslində bizdə elə ciddi problemlr var ki qabartsan Amerikada elə problemlər yoxdur. Məsələn, erkən nikahlardan doğulan uşaqlar”.

Dövlət Statistika Komitəsinin məlumatına diqqət yetirək. 2011-2012-ci illərdə 3400 erkən nikah rəsmi olaraq qeydə alınıb.  2012-ci ildə 15-17 yaşlı qız uşaqları tərəfindən 3236 uşaq doğulub. Birinci uşağı olanları sayı 2943, ikinci uşağı 278, üçüncü uşaq olanları sayı 15-dir. 17 yaşında olan ananın 3 uçağı var. Bunlar neçə yaşında ailə qurublar ki, bəziləri artıq üçüncü uşağa sahib olur? Bu hələ rəsmi məlumatlardır. Seyidov deyir ki, erkən nikahların sayının bundan çox olduğu şübhəsizdir:”Kimdir günahkar?Mollalar, valideynlər, dövlət? Hamı!”

Amma məsələ ondadır ki, dövlətin təsir mexanizmləri mövcuddur! Lazım gələrsə təsir mexanizmləri, cəzalar sərtləşdirilməlidir. Maarifləndirmə aparılmalıdır.

Valideynlər anlamalıdır ki, erkən nikahlar uşağın gələcəyinə, inkişafına təhlükədir. Müasir dövrdə qızlar bütün sahələrdə təmsil olunurlar, həm də uşaqların tərbiyəsi ilə məşğuldurlar. Qadınların əksəriyyəti işləyir.  Diskriminasiyaya yol vermək olmaz! Erkən və qeyri-rəsmi nikaha girmiş qızların valideynləri bilməlidirlər ki, ərləri onları atıb gedə bilər. Onda bu köməksiz analar heç özlərinə baxa bilməyəcəklər, nəinki körpələrinə.

İxtisasca həkim olan Nabil Seyidov deyir:”Həkim kimi qeyd etmək istəyirəm ki, uşaqlıq yolu, uşaqlıq boynu xərçənginin yaranmasının səbəblərindən biri məhz erkən doğuş ən böyük risk faktıdır. Ana erkən uşaq doğarsa  xərcəng riski artmış olur.

Bundan başqa, belə anaların başı ailəsinə qarışır, öz inkişafına sərmayə qoya bilmir. Savadları, bilik və bacarıqları aşağı olur ki,  bu da sosial iqtsadi, mənəvi psixoloji fəsadlara yol açır. Uşaqların müdafiəsi təmin edilməlidir! Çünki o yaşda uşaqlar müstəqil qərar verə bilmirlər. Valideynlər tərəfindən evliliyə təhrik edirlər. Bunu nəzər alaraq valideynlərin bilik bacarıqları artırılmalıır. Pulısuz məsləhətlər verilməli və təlimlər keçirilməlidir.Zorakılığa məruz qalmış uşaqlar üçün xüsusi reablitasiya mərkəzləri, proqramları olmalıdır”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 243