Muəllif:

Əhaliyə məsləhət: “məsuliyyətsiz borc verən” banklarla ehtiyatlı olun…

Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi qaydaları”na dair yaydığı son məlumatında diqqəti çəkən və əhalinin müxtəlif təbəqələrini maraqlandıran məsələlərə, xüsusilə də “məsuliyyətli borc vermə” prinsipləri maraq doğurub. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu bunu şərh edib.

O qeyd edir ki, yüngül şərtlər və ağır ödəniş yükü ilə verilən kreditlər yoxsul təbəqə üçün deyil. Lakin buna baxmayaraq son zamanlar ailə büdcəsini idarəetməkdə çətinlik çəkənlərlə yanaşı , başqalarının yaşayışında baş verən dəyişiklikləri və şirnikləşdirici reklamları müşahidə edərək, özünün deyil, özgəsinin hesabına zəngin yaşamaq üçün banklara və qeyri-bank kredit təşkilatlarına müraciət edənlərin sayı artmaqdadır. Hətta bəziləri özünün doğum gününü qeyd etmək, xaricə istirahət səfərinə getmək üçün də bahalı kreditlərə müraciət edirlər. Artıq bəzi banklar yenidən maliyyələşdirmə adı altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli şərtlərlə kreditlər vəd edirlər, borclarını qaytara bilməyənlər isə başqa banklara və şəxslərə olan borlarını qaytarmaq üçün onlara üz tuturlar. Təbii ki, bu halda Mərkəz Bankda yaranmış narahatlığı başa düşmək lazımdır. Həqiqətən də əsasən qısamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda risklər getdikcə artır və kütləviləşir. Əslində, belə təminatsız kreditlər daha əsaslı və uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalarına istinadən ayrılmalıdır.
Mərkəz Bankın ötən ilin dekabr ayına olan son məlumatlına görə, hazırda Azərbaycanda cəmi kredit qoyuluşları 15 milyard 245 milyon manatdan çox olub ki, onun da 34.2% Beynəlxalq Bankın payına düşür. Eyni zamanda bank məlumat verir ki, vaxtı keçmiş kreditlər 795 milyon manat və ya 1 milyard dollardan çoxdur. Bu isə cəmi kredit qoyuluşunda 5,2 faiz təşkil edir. Cəmi kredit qoyuluşlarının 39,6 faizi və ya da 6 milyard 420 milyon manatı ev təsərrüfatlarının payına düşür. Bu isə o deməkdir ki, iqtisadiyyata kredit qoyuluşların hər 5 manatından 2-si ev təsərrüfatlarının istehlak ehtiyaclarının ödənilməsinə yönəlir.
İbadoğlunun fikrincə, nəticədə də ev təsərrüfatlarının getdikcə artan borc öhdəlikləri fonunda onların maliyyə vəziyyətinin pisləşməsi bu göstərdiyimiz riskləri yarada bilər.
Banklar üçün:
1) Bankların kredit portfelində cəlb edilmiş vəsaitlər mənbələrinin payının artması, eyni zamanda onun da daxilində bahalı öhdəliklərin çoxalması bankların maliyyə dayanıqlılığının pisləşməsinə gətirib çıxara bilər;
2) Vaxtı keçmiş borcların artımı kredit protfelinin kjeyfiyyətini aşağı sala, bankların maliyyə dayanaqlılğına təhlükələri çoxalda bilər;
3) Bankların maliyyə dayanıqlılığının pisləşməsi onların depozitarlar qarşısında öhdəliklərinin yerinə yetirilməsində risklər yarada bilər.
Vətəndaşlar üçün:
1) Ev təsərrüfatlarının ödəmə qabliyyətlərinin pisləşməsi, onların öhdəliklərini yerinə yertirə bilməməsinə və borc piramidalarının inkişafına gətirib çıxara bilər;
2) Ailə büdcəsində kreditlərə görə borc və faiz ödənişlərinin payının artması onun strukturunun pisləşməsinə və bütövlükdə sosial vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər;
3) İnflyasiyanın getdikcə yüksəlməsi səbəbindən əhalinin digər xərcləmələrinin artması onun banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməməsinə və kredit münaqişələrinin çoxalmasına gətirib çıxara bilər.
İqtisadçı deyir ki, ona görə də varlıların pulu (depozitləri) hesabına kasıblara ayrılan bahalı kreditlər depozit faizlərinin yüksək olması səbəbindən bir tərəfədən varlıları daha da varlandıra, digər tərəfədn kredit öhdəliklərinin ağır olması ucbatında isə kasıbları isə bir az da yoxsullaşdıra bilər. Odur ki, əhaliyə məsləhətim ondan ibarətdir ki, “məsuliyyətsiz borc vermə” prinsipləri ilə işləyən bankların kreditləri hesabına sosial və maddi problemlərini həll edərkən ehtiyatlı olsunlar.
 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 224