Muəllif:

«Əfqanıstan variantı»: Rusiya əvvəlcə Ukraynaya əsgər yeridir, «əsaslandırması» sonra tapılar

Belə görünür, Əfqanıstan Rusiyaya dərs olmayıb.  Qonşu ölkəyə qoşun yritməyin «Əfqanıstan variantı» isə heç unudulmayıbmış. Bu gün həmin 36 il öncəki ssenarinin bir daha təkrarlandığını görürük. Son xəbərlərə görə,   prezident Vladimir Putin Ukraynanın Krım Muxtar Respublikasına qoşun yeritmək üçün Federasiya Şurasına müraciət edib.

Bu müraciətdə «Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək qoşunların Krımda qalmasının zəruriliyi» əsaslandırılır.  “Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiya vətəndaşlarının, soydaşlarımızın, Qara dəniz donanması şəxsi heyətinin həyatı təhlükədədir. Bu üzdən də Ukraynada ictimai-siyasi vəziyyət normalaşanadək Rusiya Silahlı Qüvvələrindən bu ölkənin ərazisində istifadə üçün Rusiya Federasiya Şurasına müraciət edirəm”, — deyə Rusiya prezidentinin müraciətində vurğulanır.

Bu rada Rusiya Prezident Administrasiyası Krım hökumətinin müraciətinə münasibət bildirib. Kremlin bəyanatında Moskvanın Krım Nazirlər Şurasının sədri Sergey Aksyonovun müraciətini diqqətsiz qoymayacağı bildirilib. Bundan əvvəl Krım Muxtar Respublikası Nazirlər Şurasının sədri Sergey Aksyonov Rusiya prezidentinə müraciət edib. Müraciətdə Rusiyadan Krımın təhlükəziliyinin təmin olunmasına yardım istənilib.

Rusiya Federasiya Şurası Krımda yaşayan rusların və Qara dəniz donanmasının təhlükəsizliyini təmin etmək üçün məhdud hərbi kontingentin Krıma yeridilə biləcəyini istisna etmir. Belə bir bəyanatla Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matviyenko çıxış edib. “Əlbəttə ki, müvafiq qərarı ölkə prezidenti, ali baş komandan verəcək. Lakin bu gün vəziyyəti nəzərə alsaq, belə variantı istisna etmək olmaz. Biz insanları qorumalıyıq”.

Öz növbəsində Rusiya Dövlət Duması Şurası prezident Vladimir Putini Krımdakı vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görməyə çağırıb. Dövlət Dumasının sədri Sergey Narışkin deyib:

“Dövlət Duması Şurası deputatlar adından Rusiya prezidentinə müraciət edib. Həmin müraciətdə deputatlar prezidenti Krımdakı vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə, Krım əhalisini müdafiə etməyə çağırıb”.

Bunun nə anlam daşıdığını balca uşaqlar da bilir.

Bu gün   Ukraynanın rusdilli əhalisi və milliyyətcə rus olan vətəndaşları Rusiya prezidenti Vladimir Putinə petisiya ünvanlayıblar. Onlar Putindən Ukraynanın daxili işlərinə qarışmamağı xahiş edib. Avaaz.org saytında yerləşdirilən petisiyaya artıq 34 min nəfər səs verib. Ümumilikdə isə 50 min imza toplanması nəzərdə tutulur.

“Biz etnik ruslar və Ukraynanın rusdilli vətəndaşları maraqlarımızın digər dövlətlər tərəfindən müdafiəsinə ehtiyac duymuruq. Dəstəyinizə görə minnətdarıq, lakin diqqətinizə çatdırmaq istəyirik ki, bizi Ukraynada heç kim və heç vaxt satmayıb”, — deyə sənəddə vurğulanıb.

Petisiyaya imza atanlar Putindən Ukraynanın daxili işləri ilə bağlı məsələni Rusiyanın dövlət səviyyəsinə qaldırmamağı D xahiş edirlər.

“Xüsusən də sizin gördüyünüz, lakin bizim görmədiyimiz münaqişənin həlli üçün Ukraynaya qoşun yeritmək lazım deyil. Anlayışa görə təşəkkürlər”, — deyə sənəddə qeyd olunub.

Krımın yeni baş naziri Sergey Aksyonov muxtar respublikanın strateji obyektlərinin mühafizəsinə Rusiyanın Qara dəniz donanması hərbçilərinin cəlb olunduğunu etiraf edib. Aksyonov Krım Nazirlər Şurasının toplantısında deyib  ki, yerli güc strukturlarının adi qaydada işlədiyini deyən baş nazir muxtar respublikadakı durumun nəzarət altında olduğunu vurğulayıb. O qeyd edib ki, muxtar respublikanın strateji obyektlərinin mühafizəsi üçün rusiyalı hərbçilərlə əməkdaşlıq edilir.

“Birgə qruplar işləyir. Əminəm ki, onlar ictimai əsayişin qorunması ilə bağlı verilən tapşırığı yerinə yetirəcək”, — deyə o vurğulayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159