Muəllif:

Eddie Bernice Johnson Konqresdə erməni lobbisinin qanını qaraldıb

Ermənilər və erməni puluna satılanlar, erməni puluna lobbiçilik edənlər hansısa yüksək tribunadan, məsələn: “Ermənistan hələ də Xocalını işğal altında saxlayır, ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır” kimi ifadə səslənməinə ağrrılı reaksiya verir, qanları qaralır. Bu dəfə də belə olub.  ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) aprelin 3-də Xocalı faciəsi ilə bağlı bəyanatında yəqin ki, onları cin atına mindirib.

Azərbaycanın ABŞ səfirliyinin mətbuat xidməti bildirir ki, Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu  birmənalı şəkildə ifadə edib.

Conson BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoyulmadığını xatırladıb.

Eddi Bernis Conson Konqresdəki həmkarlarını Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə çağırıb. Conson Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvüdür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121