Muəllif: Redaksiya
Dünyanın heç yerində Azərbaycandakı kimi cəzaçəkmə müəssisələri tikilmir
Paytaxtda sıxlıq olduğundan cəzaçəkmə müəssisələri kənara köçürüləcək. Hazırda cəzaçəkmə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. ƏN Penitensiar Xidmətinin rəisi Mədət Quliyev onu da deyib ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi Cəzaçəkmə müəssisələri tikilmir”.
Quliyev bildirib ki, tikilməsi nəzərdə tutulan 10 yeni Cəzaçəkmə Müəssisəsindən 3-ü artıq istifadəyə verilib: “Gəncə, Kürdəmir və Lənkəranda da yeni Cəzaçəkmə müəssisələri inşa olunur. Mən Belçikada Avropa Pentensiar Xidməti rəhbərlərinin müşavirəsində iştirak etdim. Hətta orada da Azərbaycanda olan Cəzaçəkmə Müəssisələrindəki şəraitə yaxşı mənada təəccübləndilər”.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 503