Muəllif:

Dünya Azərbaycanlıları Konqresindən Antalyaya Novruz səyahəti: 3 ölkə, 3 dəniz, 8 şəhər

Dünya Azərbaycanlıları Konqresi  bir neçə digər qurumla — Dünya Azərbaycanlıları Forumu, Akdeniz Üniversitesi (Türkiyə), “Atlas Travel” turizm agentliyi, “Global Travel” turizm agentliyi ilə əməkdaşlıqda  “3 ölkə, 3 dəniz,  8 şəhər” adı altında Antalyaya  Novruz Səyahəti təşkil edir.

Təşkilatçılardan Namik Muaradovun AYNAya bildirdiyinə görə, proqramda 19-26 mart günlərində Antalya şəhərinə “Mercedes-Travego” avtobusunda səyahət, Antalyada 3 gün  5 ulduzlu “Sealife Family Resort” otelində istirahət, Akdeniz Üniversitesində 21 mart 2014-cü il Novruz şənliklərində iştirak, müxtəlif əyləncə proqramları, gündə 3 dəfə yemək, Antalyanın tarixi yerlərinə və şəhərə səyahət,  şopinq, Ankarada 6 saatlıq gəzinti, o cümlədən,  M.K.Atatürkün və   M.Ə.Rəsulzadənin məzarlarlarına ziyarət, şəhər mərkəzinə  ekskursiya, şopinq, Gəncə, Tbilisi, Batumi, Trabzon və Samsun şəhərlərinə avtobus ekskursiyaları nəzərdə tutulmuşdur. Respublikamızın tanınmış incəsənət ustaları — əməkdar artist Ağalar Bayramov və aşıq İlham Əskəroğlu yol boyu bizimlə olacaq, səfərimizin maraqlı və yaddaqalan olmasını təmin edəcəklər. Avtobus 19 mart saat 13-00-da T. Bəhramov adına stadionun önündəki meydandan yola düşür. Biletlər saat 10-00-dan 20-00-a qədər “Global Travel” agentliyinin kassasında satılır. Hər şey daxil, standart tur: 260 manat. Tələbələrə turlar güzəştli qiymətə satılır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134