Muəllif:

«DQR güləş komandası» uydurma çıxdı

Azərbaycanın Gənclər və İdman Nazirliyi ermənilərin növbəti yalanını üzə çıxarıb. Nazirlik Gürcüstanın Batumi şəhərində keçirilən güləş üzrə turnirdə qondarma «Dağlıq Qarabağ Respublikası»nın təmsilçilərinin iştirakı ilə yayılan məlumatı araşdırıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, qurum tərəfindən aparılan araşdırma nəticəsində bu faktın həqiqətə uyğun olmadığı üzə çıxıb.

Gənclər və İdman Nazirliyi Gürcüstan tərəfi, o cümlədən yarışın təşkilatçıları ilə əlaqə yaradıb. Məlum olub ki, “DQR” komandası adı ilə yarışa qoşulmaq üçün müraciət olunsa da, qeydiyyata alınmayıb, elə bir komanda bu yarışda iştirak etməyib. Ona görə də bu xəbərlər Ermənistan tərəfinin yaydığı dezinformasiyadır.

Nazirlikdən onu da bildiriblər ki, ümumiyyətlə bu yarışda heç Azərbaycan güləşçiləri də iştirak etməyib.

Qeyd edək ki, Ermənistan mətbuatının dünən yaydığı məlumata görə, bu günlərdə Batumidə keçirilən güləş üzrə turnirdə Qazaxıstan, Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan idmançıları ilə yanaşı “DQR” təmsilçiləri də iştirak edib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib ki, ümumiyyətlə sözügedən yarış Beynəlxalq Güləş Federasiyasının qeydiyyatında olmayıb və Azərbaycan yığmasından heç bir güləşçi bu yarışa qatılmayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166