Muəllif:

Dövlət Yol Polisi: bəzi istiqamətlərdə qar yağır, yollar buz bağlayıb

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında son vəziyyətlə bağlı açıqlama verib. Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə qar yağır, yollar buz bağlayıb. Bakı-Şamaxı, Bakı-Ağsu-İsmayıllı, Bakı-Qazax, Bakı-Astara yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində qeyd olunan yollarda mümkün qədər nəqliyyat vasitələrindən az istifadə etmələrini və ehtiyatlı olmalarını, hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini bildirib

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130