Muəllif: Redaksiya
Dövlət Komitəsi: ölkədə halal kolbasa və sosis istehsal edən müəssisə yoxdur
Azərbaycanda halal standartına cavab verən kolbasa və sosis istehsal edən müəssisə yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənovun sözlərinə görə, Komitə 2012-ci ildə bununla bağlı müvafiq standart qəbul edib: «Lakin bu günə qədər bizdən halal standart alan bir dənə də olsun müəssisə olmayıb».
Həsənovun dediklərinə görə, baxmayaraq ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində «halal» sözü yazır. Bu standart deyil, bu bir brend kimi buraxılır. Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə halal sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil».
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 181