Muəllif: Redaksiya
Donetskdə “maraqlı” siyasi şou: indi də “xalq respublikası”yaradıblar
Ukraynada Donetsk vilayət şurası “Donetsk xalq respublikası” yaradılmasını elan edib. Sağlam məntiqə sığmayan bu qərar Donetsk vilayət şurasının növbədənkənar toplantısında qəbul olunub. Şuranın deputatları “Donetsk xalq respublikasının dövlət müstəqilliyi” haqda bəyanat qəbul ediblər.
Toplantı zamanı eləcə də yeni yaradılmış «respublika»nın Rusiya Federasiyasına qəbulu haqda isti-isti qərar verilib. Donetsk vilayət şurasının binası önündə toplaşan şəxslər bu qərarı “Putin bizə kömək et” qışqırtıları ilə qarşılayıblar.
Bölüm: Siyasət
Oxunma sayı: 147