Muəllif:

Dilimizin dialektoloji atlası üzərində iş başlanıb

MEA Dilçilik İnstitutu bütöv Azərbaycanın dialekt sisteminin atlasını hazırlayır. MEARəyasət Heyətinin  ümumi yığıncağında çıxışı zamanı Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev xəbər verib ki, bu atlasda İran, Gürcüstan və Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların dialekt xüsusiyyətləri ümumiləşdirilmiş formada öz əksini tapacaq. Hazırda isə Naxçıvan və Qarabağın dialektoloji atlasının hazırlanması üzərində iş aparılır.

Hacıyev qeyd edib ki, dialektologiyanın inkişaf etdirilməsi təkcə elmi deyil, həm də tarixi, siyasi, ictimai məsələdir. İnstitut direktorunun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş rayonların şivələri pərakəndə haldadır və silinib olub gedir. Hacıyev bildirib ki, dialektologiya sahəsində müəyyən dərəcədə tədqiqat işləri aparılır. Amma bu sahədə dialektik materialları özündə toplayan xüsusi nəşr yoxdur. İnstitut direktoru bu baxımdan atlasın hazırlanmasının xüsusi əhəmiyyətinin olduğunu qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 578