Muəllif: Redaksiya
Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat yalan çıxdı
Ölkədə deyəsən psixoloji sapıntıları olanlar çoxalıb. FHN “112” qaynar telefon xəttinə Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub, lakin bu məlumat yalan çıxıb…
FHN saytına istinadən, o saat əməkdaşlar tədbirlər görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparıblar. Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib. Əməliyyatı saat 01:37-də başa çatıb…
Yəqin ki bu məlumatın mənbəyi öyrəniləcək və lazımi cəzasını alacaq.
Bölüm: Kriminal
Oxunma sayı: 122