Muəllif:

Dəmiryolçuların PA qarşısında aksiyası: bir neçə ayın əməkhaqqını tələb edirlər

Bu gün bir qrup dəmiryolçu dövlət başçısının administrasiyasının qarşısında etiraz aksiyası keçirmək üçün toplaşıb. Onlarla adam bir neçə ayın əməkhaqqının verilməsini tələb edib. Onlar dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də nəticəsi olmayıb. Artıq Prezident Administrasiyasının qarşısına toplamağı qərara alıblar.

Dəmiryolçular jurnalistlərlə söhbət zamanı iş şəraitindən şikayətləniblər: kömür əvəzinə kömür tozu verilir, vaqonlar köhnədir və pis vəziyyətdədir. Hələ 2005-ci ildə dəmir yolu rəhbərliyi vəd etmişdi ki, vaqonlar dəyişdiriləcək, lakin bu, baş verməyib. Bundan əlavə, kişi bələdçiləri qadınlarla əvəz ediblər, əməkhaqqı daim gecikir.

Nəqliyyat Nazirliyində dəmiryolçuları eşitmək istəyən yoxdur. “Əgər bu dəfə də reaksiya olmasa, xarici səfirliklərə müraciət edəcəyik”, — aksiya iştirakçılarından biri vurğulayıb.

Dəmiryolçulardan ikisi Prezident Administrasiyasının qəbul otağına daxil olaraq öz şikayət və tələblərini təqdim ediblər (Turan).  

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 192