Muəllif:

Davos 2014-cü ildə dünya iqtisadiyyatında artım olacağını bildirir

Yanvarın 21-də axşam 44-cü İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayıb. Forum 2014-cü ildə iqtisadi mənada çoxlu vədlərlə keçir. 

Beynəlxalq Valyuta Fondu forum öncəsi 2014-cü ildə dünyanın iqtisadi artım proqnozunu onda bir faiz bəndi artıraraq 3,7%-ə çatdırıb.

Forumun banisi Klaus Şvab (Klaus Schwab) hesab edir ki, panel diskussiyaların gedişində maliyyə böhranını aradan qaldırmaq üçün yeni impulslar hazırlamaq mümkün olacaq: dünya iqtisadiyyatında artım hələ çox zəifdir. «Bizə yeni start lazımdır «, — deyə Şvab ötən həftə bildirib.

Forum Valeri Gergiyevin idarəsi ilə orkestrin sədaları altında və Soçi Olimpiadasının təqdimatı ilə başlasa da, RF prezidenti və baş naziri orda olmayıb. Rusiya öz iştirak ranqını baş nazirin müavinləri Arkadi Dvorkoviç (nümayəndə heyətinin rəhbəri) və Dmitri Kozak səviyyəsinə endirib.

Forumda 2,5 min qonaq iştirak edəcək. Onların arasında 40-dan çox dövlətin hökumət və dövlət başçısı var. Burda Britaniya baş naziri Devid Kemereonu, Yaponiya və İtaliyalı həmkarları Sindze Abe və Enrike Lettunu, İran prezidenti Həsən Ruhanini və s. görmək olar.

Prezident İlham Əliyev qonaqlara dünən qoşulub. O, 4 gün danışıqlarda, panel müzakirələrdə iştirak edəcək, dağda xizəklə sürüşəcək.

Prezidenti nazirlərdən kimin müşayiət edəcəyi açıqlanmır. Ötən dövrlərdə onu ARDNF icraç direktoru Şahmar Mövsümov, ARDNŞ prezidenti Rövnəq Abdullayev müşayiət edib, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və İsveçrənin MIGROS şirkəti ilə saziş imzalayıblar.

2012-ci ildə Əliyev Azərbaycanın görünməmiş iqtisadi artımından danışıb 2012-ci ildə Azərbaycan Dünya İqtisadi Forumunda 2011-ci ilin yekunu üzrə 46-cı, MDB-də 1-ci olub. Ölkənin valyuta ehtiyatları $46 mlrd-a (ÜDM-in 70%-i) çatıb.

Ötən il və bu il öyünüləcək bir şey yoxdur – iqtisadi artım tempi 2007-ci ilin neft bumu ilə müqayisədə neft hasilatının azalması ilə bağlı 6-7 dəfə azalıb , deyə Turan-ın qısa icmalında deyilir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153