David Şahnazaryan:“Kremlin və şəxsən Vladimir Putinin son hərəkətləri açıq təxribat xarakteri daşıyırdı»
Yerevanda “Həmrəylik” Araşdırma Mərkəzinin direktoru, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan bu gün jurnalistlər qarçısında Rusiyanın Ukrayna siyasətini rüsvay edən açıqlama ilə çıxış edib. Son hadisələrin gedişini Şahnazaryan belə görür ki, Rusiya Ukraynanı müharibəyə başlamağa sövq edə bilmədi ki, bu da Moskva üçün ciddi uğursuzluq oldu. O deyir:
“Kremlin və şəxsən Vladimir Putinin son hərəkətləri açıq təxribat xarakteri daşıyırdı və Kiyevdə yeni hakimiyyəti özündən çıxarmağa, onları silah götürüb Ukraynanın ərazi bütövlüyü uğrunda açıq mübarizəyə getməyə məcbur etməyə yönəlmişdi.
Xoşbəxtlikdən yeni hökumət Güney Osetiya ssenarisini xatırlayaraq güc tətbiqindən çəkinir. Zənnimcə, yaxın 72 saat ərzində vəziyyətə aydınlıq gətiriləcək”, — o qeyd edib.
Şahnazaryanın rəyinə görə, Moskva Krıma qarşı bugünkü hərəkətləri ilə 2008-ci ilin avqustunda Gürcüstana qarşı törətdiyi təcavüzü təkrar etməyə çalışır. Analitik Rusiyanın hərəkətini təcavüzkar, beynəlxalq hüquqa və Rusiyanın beynəlxalq müqavilələr çərçivəsində götürdüyü öhdəliklərə zidd adlandırıb.
Onun fikrincə, şəxsən prezident Putinin təşəbbüsü olan bu cür aqressiv hərəkətlər Rusiyaya yaxşı heç nə verə bilməz. Buna ən yaxşı sübut kimi aparıcı Rusiya şirkətlərinin indekslərinin və rublun məzənnəsinin pozulmasıdır.
“Bütün bunlar ondan xəbər verir ki, bu gün Rusiyanın hakim elitasına məxsus qərb hesablarının faktiki dondurulmağa başlamasından sonra bazarda vəziyyət gərgindir. Bu gün Putin Rusiyanı bütün dünyaya, mövcud nizama qarşı qoymaq istəyir ki, bu da ölkə üçün uğurla nəticələnə bilməz. Nədənsə bu gün Qərbdə Putin Rusiyanın növbəti “İmperiya bəlası”na çevrildiyini hiss etmirlər. -02D-