Muəllif:

Daşkənddə bizim yazıçıların hekayələr kitabı yayımlanıb

Daşkənddə «Azərbaycan yazıçılarının hekayələri» kitabı yayımlanıb. Mədəniyyət və Turizm Nazirliyindən bildirilir ki, topluya Anarın «Qırmızı limuzin», «Vahimə», Sabir Rüstəmxanlının «Daş rəngi», «Qayalar arasındakı vəd», «Bacı», Elçin Hüseynbəylinin «Yağış», «Keçid dövrünün toyuğu», «Nar», Kamran Nəzirlinin «Qorxulu məhəbbət», «Üç milyon dollarlıq ürək», Rəşad Məcidin «10 sentyabr», Hidayətin «Ömürdən uzun gecə», İlqar Fəhminin «Görüş», Ülvi Bünyadzadənin «Sədaqət», «İnsan» və s. hekayələri yer alıb.

Özbəkistanın kitabxanalarına, ali məktəblərinə, Azərbaycan ədəbiyyatına dair tədqiqat aparan mütəxəssislərinə, Özbəkistanın Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutuna paylanacaq kitabı Azərbaycan dilindən özbək dilinə Özbəkistanın «Darakçi» qəzetinin baş redaktoru, tərcüməçi Rüstəm Cabbarov tərcümə edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186