Muəllif: Redaksiya
Culfa: “Xaraba dəyirman” kilsəsində erməni-türk söyüşməsi
Şərqi Azərbaycan vilayətində yerli azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. Hadisə aprelin 3-də sərhədyanı Culfa şəhərində qeydə alkınıb.
Bir qrup azərbaycanlı fəal Culfanın “Xaraba dəyirman” kilsəsini ziyarət etməyə gedib. Onların arasında Mehdi Kuhiyan, Babək Kiyumərsi, Mehdi Rzayi və Səid Sultani kimi tanınmış azərbaycanlı fəallar da olub. Ancaq azərbaycanlı fəallar kilsədə ermənilərin təhqirləri ilə üzləşiblər. Nəticədə tərəflər arasında münaqişə baş verib. Azərbaycanlı fəalların qarşıdurma zamanı müxtəlif xəsarətlər aldığı bildirilir.
İran təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib və münaqişənin böyüməsinin qarşısını alıblar. Ancaq azərbaycanlı fəallardan ikisi — M.Kuhiyan və S.Sultani həbs edilərək Culfa Şəhər Polis İdarəsinə aparılıb. Onlar bir müddət sonra azadlığa buraxılsa da, təhlükəsizlik qüvvələri tərəfindən döyüldükləri məlum olub.
Bölüm: Güney
Oxunma sayı: 211