Muəllif:

Ceyms Uorlikdən yenə də “siyasi iradə” nağılı…

Cənab Ceyms Uorlik yenə də bizə “siyasi iradə” nağılı danışdı…Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik   özünün “Twitter” səhifəsində yazıb ki,  “Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin daha çox siyasi iradə göstərməsinə ehtiyac var”.  Bu nağıla daha bir süjet əlvə edib ki,  «indiki status-kvo qəbuledilməzdir».

Yeri gəlmişkən, Azərbaycanda «Cırtdan» və «Məlikməmməd» nağılı kimi hamı   bu «siysi iradə» nağılını əzbərdən bilir, fəqət heç kəs nə ideya daşıığını anlamır. Nə demək istəyirlər vasitəcilər və onların təmsil etdikləri ddövlətlərin başçıları? Onlar «siysi iradə» deyəndə İlham Əliyev və Cerj Sarkisyandan gözlədikləri nədir? İlham Əliyevin işğal edilmiş torpaqlardan əlini çəkməsini, Dağlaq Qarabağın müstəqilliyini tanımasınımı? Yaxud Serj Sarkisyanın işğal altındakı torpaqlardan günün birində könüllü olaraq   çəkilib getməsinimi? Biz bilən o deyir ki, neçə ki sağam bu olmayacaq. Onda hansı iradədən söz gedir?

İşğalçıya işğalçı demək bu üç böyük «vasitəçi» dövlətin başçılarına o qədərmi çətindir? Bəlkə cırtdan Ermənistandan və ermənilərdən qoxurlar.

Özləri bilərlər. Bircə bizə nağıl danışmasınlar. Rica edirik. Axı, balaca çocuğun belə əzbər bildiyi nağılı ona təkrar danışmaq istəyəndə ən azından acığı tutur…

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 325