Muəllif:

Cavaxetiya erməniləri yenəTbilisidə Rus pasportu almağa uzun növbələrə durublar

Gürcüstanda Rusiya pasportları almaq istəyən Cavaxetiya  erməniləri Tbilisidəki Rusiya konsulluğunun önündə uzun növbələrə durublar. Görünür havadan nəsə qoxulayıblar. Bu barədə “Abxaziyanın səsi” agentliyi məlumat verir.  Bildirilir ki, pasport alanların çoxu ermənilərdir: “Onlar KİV-lərlə əlaqədən qaçır, lakin şəxsi söhbətlərdə Rusiya pasportlarının və viza verilməsinin sadələşdirilməsi haqqında qohumlarından öyrəndiklərini və pasport almaq üçün Tiflisə gəldiklərini bildiriblər.” 

Agentliyin məlumatına görə, Cavaxetiya sakinlərinə Rusiya pasportunun hansı meyarlarla verildiyi məlum deyil və pasport verilməsi ilə bağlı konsulluqdan məlumat almaq mümkün olmayıb. Bundan başqa konsulluğun mühafizəçiləri elan yapışdırılan lövhəni və konsulluğun divarlarını çəkməyə mane olub. Konsulluq pasport alan sakinlərə bir sıra xidmətlər, o cümlədən onlara nəqliyyatla xidmət təklif olunduğunu bildirib.

Cavaxetiya ermənilərinə qısa müddət ərzində Rusiya pasportlarının verilməsi haqqında məlumatı Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiya verib. Onun sözlərinə görə, pasportların verilməsinin arxasında Cavaxetiyanın Rusiya tərəfindən işğal niyyəti gizlənə bilər. Ola da bilsin orada qalan ermənilər vaxtkən oradan qıraqlarını qatlamaq fikrinə düşsünlər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130