Muəllif:

Çapar mərkəz direktorunun otağından seyfi oğurlayıb

Dünən Binədəki Atçılıq mərkəzinin müdiri Əhsən Hüseynovun xidməti otağının pəncərəsini sındırmaq yolu ilə, içərisində 2000 manat olan seyf qarət məqsədi ilə oğurlanıb. Xəzər Rayon polisi  əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin mərkəzdə çapar işləyən və yataqxanasında yaşayan Elvin Məmmədov tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Məmmədov oktyabrın 3-ü 2013-cü il tarixdə qeyd olunan yataqxanada yaşayan və atçılıq mərkəzdə mehtər işləyən Fuad Musayevin otağından 500 manat pul oğurlayıb.

Oğurluq faktı ilə bağlı araşdırma aparıldığı bildirilir. 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115