Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başlayıb
Bu gün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib. İki mərhələdən ibarət olan çempionatın I mərhələsi (təsnifat-seçim yarışları) 1-2 fevral, II mərhələsi (yarımfinal və final) 8-9 fevralda olacaq.
Çempionatda FAİREX-in nəzdində fəaliyyət göstərən, müxtəlif bölgələrdən olan klubların (Bakıdan “Climb-club”, “Rock stone”, “EXTRALİFE”, “Qərb Universiteti idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “İqtisad Universiteti idman klubu”, Milli Aviasiya akademiyasi, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, Qaxdan “Extremal” və s.) idmançıları iştirak edirlər.