Muəllif: Redaksiya
Bülənt Arınç Türkiyəni qorxutdu: Korrupsiya qalmaqalından 100 mlrd. dollar ziyan dəyib
“Mən deyə bilərəm ki, Türkiyədə son hadisələri qızışdıran şəxslər hökumətə tələ qururlar və bu səbəbdən müəyyən itkilər var. Mən 100 mlrd. dolları ötüb keçmiş ziyanı nəzərdə tuturam”, deyə Türkiyə baş nazirinin müavini Bülənt Arınç iddia edib.
Arınç qeyd edib ki, yaxın zamanda hökumət üzvləri bu məsələ ilə bağlı açıqlamalar verəcək: “Gəlin sabahdan iqtisadiyyat və maliyyə sahələrinə cavabdeh olan nazirlərin çıxışlarına nəzər salaq”, deyə o əlavə edib.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 160