Muəllif: Redaksiya
Bülbülədə 68 yaşlı qadını öldürüb, evini qarət ediblər
Hadisə ötən gecə paytaxtın Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 68 yaşlı Gülnarə Ağayeva (Qurbanova) yaşadığı evdə qətlə yetirilib. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər. Hadisə barədə polisə ilk məlumatı Ağayevanın nəvəsi, Leyla İsrafilzadə verib. Axşam evə gələn Leyla nənəsinin üzərində xəsarətlər olan meyitini aşkar edib və evin qarət olunduğunu görüb. Polis hadisəni törədən şəxs və ya şəxsləri axtarır. Cinayət işi açılıb.
Bölüm: Kriminal
Oxunma sayı: 113