Muəllif:

Bu ölkədə hökumət idmana səhiyyədən çox pul ayırıb

Hökumətin 2014-cü il büdcəsindən idman tədbirlərinə səhiyyədən daha çox vəsait ayırması  diqqətdən yayınmayıb. Səhiyyəsi bərbad gündə olan, vətəndaşı Türkiyə, İran səhiyyəsinin ümidinə qalan hökumətin idmana səhiyyədən çox xərcləməsinə ad və arqument tapmaq çətindən çətindir. «İdman sağlamlıqdır» deməyə tələsməyin, çünki səhiyyə sağlamlığı qoruyan təməl sistemdir. Hələ təhsili demirəm, təhsili olmayan topluma idman heç lazım deyil. 

2014-cü ilin büdcəsindən  hökumət idman tədbirlərinə və layihələrinə 976 milyon manat ayırıb. Bu vəsaitin 923 milyom manatı invesitisiya xərcləri, 53 milyon manatı isə «İdman» koməkçi bölməsində ayrılıb.
Səhiyyə sisteminin saxlanmasına və səhiyyə layihələrinin həyata keçirilməsnə ümumilikdə 823 milyon manat xərclənməsi nəzərdu tutulur. Həmin vəsaitlərin 725 milyon manatı bilavasitə səhiyyə funksional bölməsi, 98 milyin manatı isə investisiya xərcləri çərçivəsində ayrılacaq. İqtisadçı Rövşən Ağayev 2014-cü ilin ən bahalı idman layihələrinə ayrılan büdcə vəsaitlərinin məbləğinə diqqət çəkir:
65 000 nəfərlik stadionun tikintisi — 280 milyon manat. 2013-də 200 milyon ayrıldığını nəzərə alsaq, ümumilikdə 480 milyon manat.
Su idman sarayının tikintisi- 190 milyon manat (2013-də 40 milyon, cəmi 230 milyon manat)
Gimnastika kompleksi — 80 milyon manat (2007-2013-də üst-üstə 87 milyon manat — ümumilikdə 167 milyon manat)
1-ci Avropa oyunları ilə əlaqədar layihələr — 373 milyon manat.
İqtisadçı hesab edir ki, bu layihələrin heç birinin ölkənin sosial-iqtisadi inkişafı baxımından faydaları əsaslandırılmayıb. Əgər əsaslandırma varsa, hökumət onıarı ya çap halında, ya elektron formada ictimaiyyət üçün açıq elan eləməlidir.

Ağayev deyir:”1993-də bizi yolumuzdan sapdırmasa idilər, indi Qərbin inkişaf eləmiş ölkələrini demirəm, ən azı Estoniya kimi bir ölkə idik. Estoniyanın 2014-cü il büdcəsinə baxıram, büdcənin adambaşına gəlirləri 6200 avro, Azərbaycanda isə 2400 avro (neftsiz 720 avro) təşkil edəcək”. Daha sonra o qeyd etdi ki, Estoniyada 2014-cü ildə sosial müdafiə xərclərinin adambaşına düşən həcmi 2000, Azərbaycanda 430 avrodur. Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə birlikdə.
Estoniyada 2014-cü ildə səhiyyə xərclərinin adambaşına düşən həcmi 785, Azərbaycanda 92 avro,  Estoniyada 2014-cü ildə təhsil xərclərinin adambaşına düşən həcmi 751, Azərbaycanda 200 avro,  Estoniyada idmanın inkişafına adambaşına təxminən 90 avro, Azərbaycanda 200 avrodan bir qədər çox vəsait ayrılması proqnozlaşdırılır.
Bu rəqəmlər maraqlı görünə bilər, amma onlardan daha maraqlı bir məqam var. İqtisadçının sözlərinə görə, Estoniyada hökumət idmana ayrıdığl xərclərin həm faydasını bəri başdan proqnozlaşdırır, həm də bu xərcləmələr hesabına əlində olunmuş nəticlərin hesabatını verir. Məsələn, Estoniya Hökumətinin «State Budget Strategy 2014-2017» adlı sənədində idman sahəsində hökumət təkcə 2012-ci ildə əldə olunan nəticələri qeyd edilir: Estoniya 2012-ci ildə Dünya və Avropa çepmionatlarında, Olimpiya oyunlarında fərdi və komanda hesabı ilə 126 medal qazanıb. Bu, hökumətin idmana çəkdiyi xərclərin nəticələrinin hesabatıdı. Həmin sənəddə hökumət həmçinin büdcədən idmanın inkişafa çəkilən xərclərdən əldə olunacaq faydaları ölçmək üçün əlavə 2 indikator da müəyyənləşdirib: “İdmanla müntəzəm məşğul olan 16-64 yaşlarında əhalinin xüsusi çəkisi” və “İdman klublarına müntəzəm gedən 19 yaşadək uşaqların xüsusi çəkisi”. Estoniya hökumətinin məlumatına görə, hazırda 16-64 yaş qrupunda olan əhalinin 36%-i müntəzəm idmanla məşğul olur və 2020-dək həmin göstəricinin 53%-ə çatdırılması hədəflənib. İdman klublarına müntəzəm gedən 19 yaşadək uşaqların xüsusi çəkisi isə 26%-di, 2020-dək 30%-ə çatdırılması hədəflənib.
İdmana bizdən 10 dəfə az xərcləyən hökumətin problemə peşəkar yanaşması maraqlıdı, deyilmi?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133