Muəllif: Redaksiya
Bu mənşəyi bilinməyən əti hara göndərəcəkdilər?
Bərdədə yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb. Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı bəlli olub ki, Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli ət var.
DBX Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli mətbuata bildirib ki, Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb: «Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar».
Bölüm: Kriminal
Oxunma sayı: 173