Bu iqtidarı düşdüyü bataqlıqdan buldozerlər də çıxara bilməz
Türkiyənin ana müxalifət partiyası CHP-dən Tunceli millət vəkili Kamer Genç ölkə iqtidarını dinsiz olmaqda ittiham edib. Bu xəbəri Türkiyənin xəbər saytları yayıb. Kamer Genç hakim AKP-nin əlində olan parlament çoxluğunun Hakim-Prokuror Ali Şurasının (HPAŞ) fəaliyyətində təməl dəyişikliyə əl atmasına görə bu ittihamı irəli sürüb.
“Oğru olaraq cinayət üstündə yaxalanmış bir iqtidarsınız, oğru olmağınızı ört-basdır etmək üçün nə edirsiniz, hakimləri öz statusunuz çərçivəsinə salmaq istəyirsiz. 12 illik iqtidarınız korrupsiyadan qaynaqlanan lağımlardan təşəkkül tapan bataqlıqlarla doludur. O bataqlığın içinə bir çox rəhbəriniz girib və orada da batıb. Qanunları dəyişdirməklə bu bataqlıqdan çıxmaq istəyirsiniz. Halbuki buldozerlər belə sizi oradan çıxara bilməz”, deyə Kamer Genç AKP-li deputatların etirazlarına cavab olaraq bildirib.