Muəllif:

Bu il paytaxtda hansı yeni yollar çəkiləcək?

Bu il yeni çəkiləcək yollar arasındakı ən böyük layihə Heydər Əliyev prospektinə paralel çəkiləcək yoldur. Bu yol Yasamal rayonundakı Qələbə dairəsindən başlayacaq və «Koroğlu» metrostansiyasına qədər uzanacaq: «Həsən Əliyev küçəsindən Olimpiya Kompleksinə kimi də yeni yolun çəkilməsi planlaşdırılır».

Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov APA TV-yə deyib ki, Hazırkı yolların genişləndirilməsinin də nəzərdə tutulduğunu deyən Namiq Həsənov bildirib ki, bununla da şəhərin mərkəzi hissəsində avtomobil yükünü bir qədər azaldılması təmin olunacaq.

 Bu il  Babək prospektinin də yenidə qurulması planlaşdırılır. Burda yolun həm asfalt örtüyü dəyişdiriləcək, həm də yol kənarları təmir ediləcək. Həmçinin, Mikayıl Əliyev və Sərdar Səfərov küçələri də yenidən qurulacaq.

 Bundan başqa, yollarda xüsusi elektron lövhələr quraşdıracaq: «Yolların işarələnməsi, yol kənarlarına həm ingilis, həm də Azərbaycan dilində yazılı lövhələrin vurulması nəzərdə tutulub. Bu, turistlər üçün bir növ xəritə rolunu oynayacaq. Artıq turistlər otellərin yolu ilə yanaşı, istədikləri iri mərkəzlərə də rahatlıqla gedə biləcəklər».

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 557