Muəllif:

Bu il ölkəyə 2 min “London taksisi», 1200 avtobus gətiriləcək

Bu  il ölkəyə 2000 ədəd yeni «London  taksiləri» gətirmək nəzərdə tutulur. Bu barədə APA TV-yə məlumat verən Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyir ki, bununla yanaşı, 1200 ədəd yeni standartlara cavab verən avtobus da gətiriləcək: «Gətiriləcək yeni taksi və avtobuslar Avropa Olimpiya Oyunları zamanı ölkəmizə gələcək turistləri nəqliyyatla təmin etməyə kifayət edəcək «.

 Gəncə, Sumqayıt, Qəbələ, Quba və digər turizm şəhərlərinin də yaxın iki ildə yeni standartlara cavab verən ictimai nəqliyyatla təmin ediləcəyini deyən Namiq Həsənov bildirib ki, yeni avtobus və taksilərdə Wi-Fi sistemi də quraşdırılacaq. Eyni zamanda əlillərin ictimai nəqliyyatdan rahat istifadəsi üçün pandusların da quraşdırılması nəzərdə tutulur: «Hazırda panduslar bütün “London” taksilərində var və yeni gətirilməsi nəzərdə tutulan taksilərdə də quraşdırılacaq. Lakin əhalinin istəkləri nəzərə alınaraq, yeni avtobuslarda da pandusların quraşdırılması mütləq həyata  keçiriləcək».

 2015-ci ildə Bakıda I Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxtda quraşdırılan işıqforların sayının da artırılacağını deyən Namiq Həsənov bildirib ki, Bakıda quraşdırılması planlaşdırılan yeni rəqəmli işıqforlar nəqliyyat sahəsindəki son texnologiyaları özündə birləşdirəcək.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 150