Muəllif:

Bu erməni «bir gün yarımdır» Tovuzda imiş, dəmiryolda tutulub…

Bu erməni də düşmənlə təmas xəttindən rahatca keçib, əlini-qolunu sallayıb dəmiryol xəttinə qədər gəlib və onu da hərbçilər deyil mülki adamlar tutub təhlükəsizlik orqanına təhvil veriblər…

Bu erməni də Dəli Mamikon kimi  rahatca gəlib,   «bir gün yarımdır» Tovuzda imiş,  harada tutulub bilirsinizmi — dəmiryol xəttinin yanında. Bakı-Tbilisi dəmiryol xəttindən söz gedir.

Bəs  ön xətdə sərhədi qoruyan əsgərlər harada yatıblarmış? Bəlkə mürgülü imişlər. Bəlkə ara tamam allah ümidinə qoyulub?

Oradakı hərbi rəislər nə deyəcəklər,  çox maraqlıdır…

Müdafiə naziri nə deyəcək bu millətə?

O sektorda kəndlərin qorunması bu qədər bərbad bir şəkildədirsə..

Onlara bu millətdən yağlı bir «2» düşür.

Tovuz rayonunda təmas xəttini keçən 23 yaşlı Ermənistan vətəndaşının 23 yaşlı Arsen Xocayan  olduğu bilinib. Guya çoban imiş.  Düşmənin «Çobanı» dəmiryola gəlib çıxanda, gör kəşfiyyatçısı hara gəlib çıxar? Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov  daTrend-ə bildirib ki, həmin şəxsin mülki, yoxsa hərbçi olduğu hələ bilinmir.

Onun sözlərinə görə, Ermənistan vətəndaşı Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb, oradan  Bakıya gətirilib. O, yalnız erməni dilini bildiyi üçün burada dindirilir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 196