Brüsseldə “Qafqaz və bölgədə erməni sorunu” müzakirə ediləcək
Fevralın 28-də Azərbaycanın Belşıka Krallığı səfirliyi, DAK (Dünya Azərbaycanlıları Konqresi) və Belçika Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə paytaxt Brüssel şəhərindəki universitetlərin birində (Vrije Universiteit) “Qafqaz və bölgədə erməni sorunu” adlı konfrans keçriləcək. Konfransa dünyanın müxtəlif ölkələrindən müxtəlif millətlərin olan şəxslər qonaq qismində dəvət olunub. Tədbridə Qafqaz üzrə mütəxəsis Mişel İvorun (Michel Ivor – mövzu: Azərbaycan torpaqlarının 20 ildir davam edən işğalı), Doqquz İyul Universitetinin (Dokuz Eylül Üniversitesi) müəllimi Dr. Vəfa Kurban (Dr.Vefa Kurban – mövzu: Türkiyə və bölgənin erməni problemi) və Azərbaycan Parlamentinin üzvü Dr. Qənirə Paşayevanın (mövzu: Azərbaycanın erməni sorunu) çıxışları gözlənilir.