Muəllif:

Boksçular dünya çempionatına hazırlaşırlar

Aprelin 14-dən 24-dək  Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyi keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Armeek Arena”da təşkil olunan bu yarışda Azərbaycan millisi də iştirak edəcək. Hazırda gənclərdən ibarət millimiz Qəbələdə dünya birinciliyinə hazırlığı davam etdirir. Martın 23-də Bakıya gələcək boksçularımız 1 həftə sonra Bolqarıstana yollanıb, orada da təlim-məşq toplanışı keçəcəklər.

Dünya birinciliyində isə rekord sayda idmançı iştirak edəcək. Çinin Nyankin şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 105 ölkənin 606 boksçusu (506 oğlan və 100 qız) mübarizə aparacaq.

2012-ci ildə İrəvandakı son dünya birinciliyində 69 ölkənin 367 boksçusu gücünü sınamışdı. Həmin yarışda yalnız gənc oğlanlar çıxış edib. İlk dəfə olaraq, Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına qadın boksu da daxil edilib. Gənc qızlar Olimpiadada 3 çəki dərəcəsində ( 51, 60, və 75 kq) mübarizə aparacaqlar. Dünya çempionatında ilk 3 yeri tutan boksçular planetin ən böyük yarışına vəsiqə qazanacaqlar. Ancaq Beynəlxalq Olimpiya Komitəsi oğlanlarda hər ölkəyə 3, qızlarda isə 2 yer ayırıb. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 180