BMT Baş Assambleyası qətnamə qəbul etdi: Rusiyanın Krımı ilhaqı qanunsuzdur
193 üzvü olan BMT Baş Assambleyası Rusiyanın Krımı ilhaqının qanunsuz olduğuna dair Ukrayna qətnaməsini qəbul etdi. Səsvermədə 100 »lehinə”’, 11 “xeyr» səsi verilib. 58 ölkə bitərəf qalıb, deyə Anadolu Agentliyi xəbər verir.
Səsvermə öncəsində üzv ölkə böyük elçiləri münasibətlərinin ifadə ediblər. Onların böyük çoxluğu Krımın tek tərəfli olaraq Rusiyaya bağlanmasına qarşı ifadələr işlədib, referendumun qanunsuz olduğunu bildiriblər. Səfirlər BMT Xartiyasının 2-ci maddəsinin tələbinə əsasən, Ukraynanın torpaq bütünlüyünün dəstəklənməsinin önemini vurğulayaraq, Rusiyadan geri addım atmasını istəmişlər.
ABŞ Daimi Təmsilçisi Samantha Power “lehinə” səs verməyə çağırıb və qətnamənin böhrana qarşı, əsgəri deyil, diplomatik bir çağırı olduğunu deyib.
Türkiyə qətnamənin lehinə səs verib. Böyük Elçi Halit Çevik qeyd edib ki, Tatar Türkləri Krım əhalisinin ayrılmaz tərkib hisəsidir.
İngiltərə xarici işlər naziri William Hague açıqlamaında, «Uluslararası toplum bu qətnaməni qəbul etməklə, Rusiyanın uluslararası hüququ poza bilməyəcəyinə dair güçlü bir mesaj vermiş oldu» ifadələrini işlədib.
William Hague, BMT-nin torpaq bütünlüyü və güç tətbiq edilməməsi kimi təməl prinsiplərini xatırladaraq, «Rusiya prezidenti Vladimir Putin bu açıq mesajı diqqətə almalı ve gərginliyi azaltmaq üçün bütün tərəflərlə birlikdə çalışmalıdır» dedi.
Səsvermə zamanı ABŞ-da yaşayan ukraynalılar BMT qarşısında mitinq keçiriblər. “Putin, Ukraynadan əlini çək!” sloqanları səsləndirilib.