Muəllif:

“Bizim nədən heç nə vecimizə deyil?”

Braziliyada 4 ay sonra bu ölkədə start veriləcək dünya çempionatı əleyhinə ictimai etirazlar var. Daha dəqiqi, insanlar beynəlxalq yarışa hökumətin sərf elədiyi milyardları maliyyə ehtiyacları içərisində boğulan təhsilə yönəltməyi təklif edir.

Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Bakıda tikilən yeni stadionun qiyməti 600 milyon dollardır:”Bu pulun üstünə 400 milyon da qoyub şəhərdən nisbətən kənar ərazidə bir neçə mikrorayon tikmək olar. Həmin mikrorayonlara da «Sovetsk»in, «Papanin»in, «Xutor»un narazı sakinlərini köçürmək olardı. Bu həm hökumətin işini rahatladar, həm evləri sökülən sakinləri razı salar, həm də salınan parklar hesabına şəhər nəfəs alardı. Bu iş üçün 1 miyard manat və ya dollardan keçmək o qədərmi çətindir? Axı minini, daha doğrusu milyardını min yerdə xərcləyirsiniz…”

İqtisadçı Rövşən Ağayev xərclənən vəsaitləri:”Avroviziona 1 milyard dollar, Avropa Olimpiya oyunlarına 2.5 milyard dollar, boş qalan Olimpiya mərkəzlərə 10 ildə az qala 1 imilyard dollar…
Bizim nədən heç nə vecimizə deyil? Bilirəm, biriləri tapılacaq ki, çıxıb desin: Azərbaycan hökuməti son 5 ildə təhsil xərclərini 5 dəfə artırıb, daha neynəməlidi ki?  Amma məsələ ondadır ki, əgər müəllim bu qədər artımdan sonra, hələ də 150-200 manat maaş alırsa, deməli hələ hökumətin eləyəcəyi çox şey var… Əgər bir orta məktəb şagirdinə düşən xərc orta Avropa göstəricisindən 7-8 dəfə azdırsa, deməli hələ hökumətin eləyəcəyi çox şey var…”
İqtisadçının fikrincə, ali təhsil alan gənclərin öz yaşıdlarına nisbəti orta Avropa göstəricisindən azı 3 dəfə geri qalırsa, deməli hələ hökumətin eləyəcəyi çox şey var.Ən azından postovet məkanında reyitnqinə güvənilən, sayğı göstərilən bir universitetmiz belə yoxdursa, deməli hələ hökumətin eləyəcəyi çox şey var. Dövlət ali təhsil müəssisələrində oxuyan hər 10 tələbədən az qala 8-i ödənişli təhsil almağa məhkum edilibsə, deməli hələ hökumətin eləyəcəyi çox şey var.Təhsilə xərclənən vəsaitlərin milli gəlirdə payı orta Avropa göstəricisindən azı 3 dəfə geri qalırsa, deməli hələ hökumətin eləyəcəyi çox şey var…
“Hökumətin bilməli və eləməli olduğu o qədər çox şey var ….Amma tullanma, atılıb-düşmə yarışlarına elə aludə olublar ki, təhsil dedikdə yanız dünyanın aparıcı məktəb və universitetlərində oxuyan övladları yadlarına düşür”, deyə Ağayev vurğulayır.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183