Birinci rübdə hərbi itkilər
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərindəki monitorinqinin nəticələrinə əsasən, adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 16 nəfər təşkil edib. Ötən müddətdə 23 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə həyatını itirənlərin 5-i döyüş (erməni gülləsi), 11-i isə qeyri-döyüş itkiləridir. 3 — nəfər avtoqəzadan, 2 nəfər xəstəlikdən dünyasını dəyişib. 6 nəfər intihar edib (asma, özünü güllələmə, intihar). Dünyasını dəyişənlərin 15-i Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin, hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (23 nəfər), onların 11-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən, ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 2-i erməni gülləsindən, 2 nəfər mina partlayışından, 6 nəfər isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 20 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə ƏN Penitensiar Xidməti mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıb. Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda, iki Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (onlardan biri qaytarılıb). Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasında həyatını itirmişdir.