Muəllif:

Bir vaxt ayaqyolu haqqında danışırdı, indi terrorçuları dəstəkləyir

Ukrayna baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib ki, Rusiya neft-qazla yanaşı Ukraynaya terror ixrac etməyə başlayıb.

«Mən belə anlayıram ki, artıq Rusiyanın ixrac üçün yeni məhsulu var. Neft və qaz ixracından əlavə Rusiya Ukraynaya terror ixrac etməyə başlayıb. Bu gün dünyada yalnız bir ölkə — Rusiya Ukraynada Rusiyanın təxribatçı qruplarının terror aktları həyata keçirdiyini görmür”, — deyə o vurğulayıb.

Yatsenyuk onu da qeyd edib ki, Rusiya hakimiyyəti son həftələrdə təxribatçıların Ukrayna əsgərlərinə və vətəndaşlarına qarşı törətdiklərinə normal yanaşır:

“Görünür, Vladimir Vladimiroviç yanaşmalarını dəyişib: əgər əvvəllər ayaqyolu haqqında danışırdısa, indi qonşu ölkələrdəki terrorçu qruplaşmalarını dəstəkləyir. Rusiyaya mesajımız odur ki, terrorçuları dəstəkləməyi dayandırsın”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187