Muəllif:

«Bir-iki günə» Nazirlər Kabineti «Sovetsk məsələsinə» görə toplanacaq

«Bir-iki günə» Nazirlər Kabineti «Sovetsk məsələsinə» görə toplanacaq. Bu barədə “Sovetsk” məhəlləsindəki söküntü ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında qaldırılarkən deyilib. Spiker Oqtay Əsədov bildirib ki, bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacaq və parlamentə nəticəsi bildiriləcək: “Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmən iclasının nəticəsini gözləyirik. Lazım gələrsə, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”.

Hesab edilir ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir. Deputat İqbal Ağazadə qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: “Heç olmasa evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var?”

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119