Muəllif:

Bilal Ərdoğanın nəzarətində olan TÜRGEV’ — rüşvətin toplandığı yer?

Ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıcdaroğlu ölkədəki ictimai-siyasi durumla bağlı jurnalistlərə açıqlama verib. Hakimlər və Prokurorlar Ali Şurası (HSYK) haqda parlamentdə qanun layihəsinin hazırlanması diqqət mərkəzində olub. “Bu layihə demokratiyanı tam aradan qaldıraraq Türkiyəni diktatura idarəçiliyinə gətirəcək”, — K.Kılıcdaroğlu qanun layihəsinə münasibətini ifadə edib. O, ölkədəki bu siyasi yönü dayandırmaq üçün demokratiya tərəfində olan bütün qüvvələri birliyə dəvət edib.

Kılıcdaroğlu bu qanun layihəsi qəbul edildiyi halda hakim və prokurorların müstəqilliyinin əllərindən alınacağını söyləyib: “Yaxasında partiya nişanı daşıyan hakim və ya prokuror olmaz, bu məhkəmə sisteminə zərbə olacaq”.   “Əgər bu qanun layihəsi indiki şəkildə qanun olarsa Türkiyədə demokratiyanın qəti şəkildə sonu olar”, — CHP rəhbəri  xəbərdarlıq edib. 

Çıxış yolu kimi qanun layihəsinin ləğv olunması, korrupsiya araşdırmalarına mane olunmayacağı barədə zəmanətin verilməsi təklif olunur.

HSYK-da dəyişiklikləri nəzərdə tutan bu layihənin Türkiyənin beynəlxalq mövqeyini mənfiyə dəyişəcəyi, əlaqədə olduğu beynəlxalq qurumlardan kənara qoyulacağı pessimizmi nəzərə çatdırılıb.

Daha sonra K.Kılıcdaroğlu baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın nəzarətində olan TÜRGEV’ə münasibətini ifadə edib. “Bu qurum rüşvətin toplandığı yer. Tikinti maqnatı Əli Ağaoğlunu dinləmə qeydlərində ortaya çıxır, icazə üçün 20 ha ərazi bu quruma verilir. Baş nazirin təşvişə düşməsi bu məsələnin onun özünə qədər uzanacağından qorxmasıdır”, — CHP lideri deyib.

Kılıcdaroğlu parlament çoxluğunun hakim AKP-nin əlində olduğu üçün ölkədə erkən seçim ola bilməsinə də optimist yanaşmır. “Bunlar iqtidardan getməmək üçün  her şey edirlər və edəcəklər. Çünkı iqtidardan getdikdəın sonra işlədikleri cinayətlərin hesabının sorulacağını bilirlər. Bu üzdən qorxurlar və iqtidardan getməmək üçün hər şeyi edəcəklər”, — o vurğulayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131