Muəllif:

Bəzi yerlərdə az qar yağacaq, gecə və səhər yollar buz bağlayacaq…

Bakı və Abşeron yarımadasında fevralın 2-də gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev  bildirib ki, havanın temperaturu gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacaq, gecə və səhər yollar buz bağlayacaq.

Rayonlarda fevralın 2-də gecə və səhər bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə, gündüz 2-7 dərəcə şaxta olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135