Muəllif:

Beynəlxalq axtarışa verilən şəxsin Əfqanıstanda öldürüldüyü bəlli olub

Hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olan şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub.  Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 36 yaşlı Azar Yusubov koalisiya qüvvələri tərəfindən öldürülüb. O, mücahidlər arasında “Seyfuddin” ləqəbi ilə tanınırmış.

Yusubovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. İnterpolun saytında yerləşdirilən məlumata görə, Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan daha bir azərbaycanlının Suriyada öldürülməsi barədə məlumat yayıb. Xudat şəhər sakini olan 39 yaşlı Urfan Ağcabəyov da Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128