Muəllif:

Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanı yarım milyon cərimə edib

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) icra şurası yekdilliklə Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimə etməyi qərara alıb, bu barədə federasiyanın saytında məlumat yerləşdirilib.

Bu ağır cəza Azərbaycan ağır atletlərinin dəfələrlə dopinq tətbiq etməkdə ifşa edilməsi ilə əlaqədar qəbul edilib.

IWF Azərbaycan Federasiyasını idmançıların, məşqçilərin və həkimlərin iştirakı ilə bu faktları araşdırmağa çağırıb.

IWF təqsirsiz idmançıların zərər çəkməməli olduğuna əsaslanır və buna görə Azərbaycan Federasiyası IWF-yə üzvlükdən çıxarılmayacaq. Lakin 6 ay ərzində bu cərimə ödənilməlidir. Buna qədər Azərbaycan nümayəndələri IWF-nin təqvim yarışlarında iştirak edə bilməcəyəklər, deyə məlumatda bildirilir.

Məlumatda dopinq tətbiq edən konkret idmançıların adları açıqlanmır.

Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri AZAL prezidenti Cahangir Əsgərovdur (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 226