Muəllif:

Bəxtiyar Quliyev ondan zorla ifadə alındığını iddia edib…

 Martın 28-də günün ikinci yarısında NİDA fəallarının işi üzrə məhkəmədə təqsirləndirilən şəxs Bəxtiyar Quliyev ifadə verib.  O, 10 mart 2013-cü ildə Bakıda əsgər ölümlərinə qarşı etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaq ittihamını təkzib edib.    Quliyev bildirib ki, MTN-də işgəncələr altında etirafedici ifadələr vermək və digər təqsirləndirilən şəxs – Rəşad Həsənovu razılaşdırmaq məcburiyyətində qalıb.

Sonradan Həsənovla üzləşdirilmə zamanı və sonrakı ifadələrində Quliyev bu ifadələrdən imtina edib.

“Rəşad Həsənov guya “Molotov kokteyllərini” mənə üçüncü şəxs vasitəsilə verib, mən isə onları Şahin Novruzluya vermişəm, baxmayaraq ki, mən onunla ümumiyyətlə tanış deyildim, sadəcə facebook-da yazışırdım.

Şəhər müşahidə kameraları ilə doludur. Yəni onlar bizim “Molotov kokteyllərini” əldən-ələ “verməyimizi” çəkməyiblər? Belə bir şey olsaydı, kameralara düşərdi, istintaq isə onları məhkəməyə təqdim edərdi. Amma belə bir şey yoxdur”, deyə Quliyev bildirib.

O qeyd edib ki, hələ 11 yanvar 2013-cü ildə o, digər təqsirləndirilən şəxs – Məmməd Əzizovla birlikdə 12 yanvar etiraz aksiyasında iştirak çağırışı yer alan vərəqələri paylayarkən saxlanılıb.

“Həmin vaxt Səbail rayon 9-cu polis bölməsində bizi döyüblər və vərəqələri bizə verəni “ələ verməyi” tələb ediblər, buna cavabda biz onları özümüz hazırladığımızı bildirmişik”, deyə Quliyev qeyd edib.

Məhkəmə aprelin 1-də davam edəcək (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 256