Muəllif:

Berti Foqts ABŞ yığmasında çalışacaq

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsa yeni vəzifə verilib. Apasport.az saytı xəbər verir ki, 67 yaşlı almaniyalı mütəxəssis ABŞ yığmasının çalışdırıcısı Yurgen Klinsmannın müşaviri təyin edilib. O, DÇ-2014-ün gedişində sabiq yetirməsinə məsləhət verəcək. Bu barədə ABŞ Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yeni təyinatla bağlı 90-cı illərdə Foqsun rəhbərliyi altında Almaniya yığmasında top qovan Klinsmannın açıqlamasına da yer verilib. 45 yaşlı mütəxəssis həmyerlisinin təcrübəsinin onlar üçün faydalı olacağını ifadə edib: “Berti Foqtsun məsləhətçi qismində bizə qoşulmasından çox məmnunuq. Onun futbolçu və məşqçi kimi yaxşı təcrübəsi var, böyük turnirlərdə uğur qazanmaq üçün nə etmək lazım olduğunu yaxşı bilir. O, 90-cı illərdə mənim məşqçim olub və çox yaxşı münasibətimiz var. Foqts Şotlandiya, Nigeriya və Azərbaycan millilərinə rəhbərlik etdiyindən, dünya çempionatındakı rəqiblərimizlə yaxşı tanışdır. Bu, bizim üçün böyük bonusdur”.

Berti Foqtsun rəhbərlik etdiyi yığma komandamız mayın 27-də ABŞ millisi ilə yoldaşlıq oyunu keçirəcək.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118