ASK Berlində Yaşıl Həftə Sərgisində
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və konfederasiyanın Baş katibinin müavini Adil Qurbanov Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən ənənəvi Yaşıl Həftə Sərgisində iştirak ediblər. 89-cu dəfə keçirilən bu mötəbər tədbirdə dünyanın 80-dən artıq ölkəsinin heyətləri öz rəngarəng stendləri ilə təmsil olunublar. İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi bu tədbirdə nümayəndə heyəti Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun rəhbərliyi ilə ezam olunublar.
Səfər zamanı Məmməd Musayev NORDMETAL şırkətinin beynəlxalq əlaqələr departamentinin rəisi cənab Hans Manzkenin təşkilatçılığı ilə Almaniya Sahibkarlar Təşkilatının qərargahında təşkilatın icraçı direktoru xanım Renata Hornunq Draus ilə görüşüb. Qeyd edək ki, Renata Hornunq Draus eyni zamanda, Beynəlxalq İşəgötürənlər Təşkilatının vitze-prezidenti vəzifəsini də icra edir. Görüşdə ASK-nın BİT çərçivəsində əməkdaşlıq əlaqələrinin genişlənməsi perspektivləri müzakirə olunub. AST-nın icraçı direktoru bildirib ki, həm BİT, həm də AST çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün geniş imkanlar mövcuddur. Gələcəkdə bu imkanların daha geniş miqyasda müzakirəsini davam etdirmək lazımdır. Almaniya Sahibkarlar Təşkilatının ASK ilə birgə peşə təhsilini daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi üzrə birgə layihələrdən bəhrələnməsi üzrə dəstək göstəriləcəyi xüsusi ilə qeyd olunub. Görüşdə BİT-in növbəti illərin birində illik toplantısının Bakıda təşkili üzrə BƏT Baş Katibinə rəsmi müraciət olunması irəli sürülüb.
Almaniya səfəri zamanı ASK heyəti Yaşıl Həftə sərgisinin rəsmi açılış mərasimində də iştirak edib. ASK heyəti sərgi pavilyonlarına baş çəkərək Azərbaycan stendində təqdim olunan məhsullarla tanış olublar. Almaniya Federal Kənd Təsərrüfatı və Ərzaq Naziri cənab Hans Peter Fridrix və Berlin Şəhərinin meri cənab Klaus Voverayt da Almaniya şirkətlərinin nümayəndələri ilə birlikdə Azərbaycan stendi ilə tanış olaraq, ölkəmizi təmsil edən müxtəlif şirkətlərin nümayəndələri ilə görüşlər keçiriblər.