Muəllif:

Bərdə İH qarşısında özünə od vurub…

 Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rəna Mustafayeva Turan-a bildirib ki, həqiqətən yanvarın 28-də axşam saatlarında rayon xəstəxanasına aşağı ətrafın termiki yanığı diaqnozu ilə xəstə daxil olub. “Onun həyatı üçün təhlükə yoxdur. Xəstə Maarif Əvəz oğlu Vəliyev hazırda həkim nəzarəti altındadır, müalicəsini davam etdirir. O, Tərtər rayonunun Köçərli kəndində qeydiyyatdadır”, — həkim qeyd edib.

Baş həkimin müavini xəstənin harada və hansı şəraitdə yanması ilə bağlı məlumat verməyib. M.Vəliyevin haradan xəstəxanaya gətirildiyi barədə də məlumata malik olmadıqlarını bildirib.

M. Vəliyev Tərtər rayonunun Köçərli kəndində qeydiyyatda olsa da Bərdə rayonunun Kələntərli, sonra isə Alpoud kəndlərində kirayədə yaşayıb.

Öz növbəsində Bərdə rayon polis şöbəsinin növbətçi hissəsi, Alpoud bələdiyyəsinin sədri və Alpoud kəndinin sahə müvəkkili Alpoud kənd sakininin özünü rayon İcra Hakimiyyətinin binası qarşısında yandırması ilə bağlı məlumata malik olmadıqlarını  bildiriblər.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsindən xəstənin səhhətinin normal olduğunu desələr də onun telefonla danışmaq üçün gələ bilmədiyi məlum olub.  “Maarif telefona gələ bilməz. O, hazırda çox hirslidir”, — şöbənin növbətçi telefonunda oturan və adını deməkdən imtina edən tibb işçisi Turan-a deyib.

Növbətçi tibb işçisi M. Vəliyevin mobil telefonunu ondan istəmək xahişinə də məhəl qoymayıb. “Maarif mobil telefonunun nömrəsini bilmir” deyərək  telefonu qapadıb.

Səhiyyə Nazirliyinin mətbuat xidməti xəstənin özünü yandırdığını təsdiq edib “Xəstənin həyatı üçün təhlükə yoxdur. Hazırda istintaq gedir. İstintaq xəstənin özünü yandırmasının səbəblərini araşdırır”, — mətbuat xidmətinin əməkdaşı Turan-a bildirib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 177