Muəllif:

Benzin istehsalını yalnız Aİ-92 ilə məhdudlaşdırmaq təklif olunur

 Avtomobil benzininə olan daxili tələbat hər il təxminən 10% artır.   Artıq Heydər Əliyev adına Neft Emalı Zavodu benzinə olan tələbatı ödəyə bilmir. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, bu səbəbdən  Aİ-98 və Aİ-95 benzinin azad satışının həyata keçirilməsi və ölkədə ancaq Aİ-92 benzinin istehsal olunması təklifi hökumətə göndərilib: «Hazırda bu təklif hökumətdə nəzərdən keçirilir».

Abdullayev əlavə edib ki, ölkədə benzinə olan tələbatı ödəmək üçün emal zavodlarda genişləndirmə işləri aparılacaq.

«Bu il ilk növbədə Qaradağ Qaz Emalı Zavodunun tikintisinə başlayacağıq. Bunun ardınca qaz-kimya zavodlarının tikintisi başlanılacaq. Bu tikinti dövründə isə neft emalı zavodunun tikintisi gedəcək. Ümumiyyətlə, bu, böyük bir prosesdir və bu ildən başlayaraq 2023-cü ilə qədər davam edəcək. Bununla yanaşı, zavodlarda böyük rekonstruksiya işləri aparırıq ki, Azərbaycan 2023-2025-ci illərə qədər benzinə tələbatını ödəyə bilsin», — deyə R.Abdullayev qeyd edib.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133