Muəllif:

Bayram günlərində 15 min sürücü bərk gedib, 700 sürücü kefli olub

Bayram günləri ölkə yollarındakı reydlərdə  15 minə yaxın sürücünün sürət həddini aşması faktı aşkar edilib. Yol polisindən açıqlanan rəqəmlərə görə, martın 20-dən 27-dək  baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi məqsədi ilə keçirilən bu reydlərdə nəqliyyat vasitələrini sərxoş halda idarə edən 693 sərxoş sürücü aşkar edilərək inzibati qaydada məsuliyyəti cəlb edilib. Təbii ki, bunlar hələ  aşkar edilənlərdir, gerçəklikdə onların sayə nə qədər olub — bunu Tanrı bilər.

Digər rəqəmlərə görə, sürət həddini aşan 14308, təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə edən 4407, ötmə əməliyyatını düzgün yerinə yetirməyən 1013, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən 91 sürücü barəsində inzibati protokol tərtib edildiyini açıqlayıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 114