Muəllif:

Baxçasaray: Krım-tatar xalqı milli-ərazi muxtariyyəti xəttini qəbul etdi

Rus yanlısı Krım yönətiminin Ukraynadan təktərəfli bağımsızlı elan etməsi və Rusiyaya bağlanma anlaşması imzalamasına cavab olaraq yarımadada yaşayan  Tatar xalqı Krım Tatar Milli Qurultayını toplayaraq «milli muxtariyyət» qararı aldı, deyə Anadolu Agentliyi xəbər verir

Qurultayın gündəmindəki «milli muxtariyyət qurmaq qətnaməsi», 212 təmsilçinin səsi ilə qəbul edildi. Səsvermədə 1 əleyhinə, 4 bitərəf səs qeyd edildi.

“Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyətinin yaradılması istiqamətində siyasi və hüquqi prosedura başlanılması  elan olunsun. Krım-Tatar Məclisinə tapşırılsın ki, Krım-tatar xalqının  tarixi vətənində milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnun təmin olunması ilə bağlı BMT, Avropa Şurası, AB, ATƏT və İƏT kimi beynəlxalq təşkilatlar, dövlətlərin parlamentləri və hökumətləri ilə bütün məsələlər üzrə münasibətlər qurulsun”, deyə qərarda bildirilir.

RİA Novosti-yə istinadən, Qurultay eləcə də  Avropa Şurası, AB, ATƏT və İƏT-ə, xalqlara, dövlətlərin parlament və hökumətlərinə müraciət edərək, Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnu dəstəkləməyə çağırıb.

Krım-Tatar Məclisinin sədri Refat Çubarov jurnalistlərə bildirib ki, qeyd olunan sənəd Krımın işğal olunmasını və yarımadanın bir hissəsinin Ukrayna tərəfindən itirildiyini tanımır.

Çubarov Krım tatarları muxtariyyətə meylli olduqlarını təsdiq etmək üçün milli referendum keçirəcəklərini istisna etməyib.

Qurultayın növbədənkənar sessiyasında Məclisin bütün heyəti, Krım müftisi Əmirəli Ablayev, Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin iştirak edirdilər.

Krıma birbaşa havayolu səfərlərinin durdurulmasından dolayı, qurultaya Kırım Tatar diasporası təmsilciləri qatıla bilməyib.

Qurultay nümayəndəsi Nəriman Cəlilov çıxışında Rusiya Federasiyasına deyil, Ukraynaya bağlı milli muxtariyyət istədiklərini vurgulayaraq Rusiya Federasiyasının əski Akməscit (Simferepolun türk-tatar adı) Baş konsulu Vladimir Andreyevin Krım Tatarlarını «Nasistlərlə əməkdaşlıqda» suçladığını  xatırladıb.

Cəlilov «gələcəkdə məxfi xidmətlərin basqısı altında olacaqlarını və sorunların artacağını»  qeyd edərek, KrımTatar Milli Qurultayı nümayəndələrinin Krım Tatar lideri Mustafa Abdülcəmil Kırımoğlunu dəstəkləmesi gərəkdiyini vurgulamışdır.

Nümayəndələrdən Rıza Şevkiyev də Mustafa Abdülcemil Kırımoğlunun Krımın yeni hökümətini və Rusiyaya bağlanma qərarını tanımamağa dair tutumunu dəstəkləmə çağırısında bulunub.

Qurultaya Ali Özenbaş başqanlığındak Komissiy tərəfində Krım Tatar xalqının adının «Krımlı» olaraq dəyişdirilmesinə dairn bir qərar layihəsi də təqdim olunub.

Mətbuatda, məktəblərdə, dövlet qurumlarında «Krım milləti», «Krım xalqı», «Krımlar» (Krımlılar), «Krımca», «Krım dili» terimlərinin kullanılmasını öngörən layihə səsvermədən keçməyib.

«Ukrayna vətəndaşlığından çıxmayın»

Krım Tatar Milli Məclisi (KTMM) Başanı Refat Çubarov, iclasda Krım Tatarlarının Rusiya vətəndaşlığını qəbul edib-etməyəcəkləriylə ilgili müzakirə açıb.

Məclis üzvlərindən Hasan Egiz, «Biz bu gün necə bir dövlet şəkli qurulacağını müəyyən  etməliyik. Bu gələcəkdə aparılacaq müzakirələr nəticəsində şəkillənəcək bir mövzudur. Biz Ukrayna vətəndaşlığını tərk etməyecəyik. Biz Rusiya vətəndaşlığını qəbul edərik amma Ukrayna vətəndaşlığından çıxmayaq» dedi.

Çubarov da çıxışında, «kimsənin Ukrayna vətəndaşlığından çıxmaması» çağırışında bulunaraq » basqıya boyun əyməyəcəklərini» də vurgulayıb.

Bir nümayəndənin, Akyarın (Sevastopolun türk-tatar adı) Krımdan ayrımı, yoxsa birləşikmi tutulacağına dair sorğu təklifi üzrə keçirilən səsvermədə Akyarın Krımın içində olduğu üzərində yekdillik nümayiş etdirilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 305