Muəllif: Redaksiya
“Basarkeçər» qırmızı süfrə şərabı Moskvada qızıl medal aldı
Aqro-Azerinvest MMC “Qəbələ” Şərab Zavodunun istehsalı olan “GOLD BAKU” konyakı və “BASARKEÇƏR” qırmızı süfrə şərabı Moskvada keçirilən ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal «PRODEXPO — 2014» 21-ci Beynəlxalq sərginin “2014-cü ilin ən yaxşı məhsulu” laureatı diplomu və qızıl medalını alıb.
“Aqro-Azerinvest” MMC-dən APA-ya verilən məlumata görə, beynəlxalq sərgi fevralın 10-14-də keçirilib.
Sərgidə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın “Qəbələ” Şərab Zavodunun məhsulları ən yüksək mükafata layiq görülüb.
«PRODEXPO -2014» 21-ci Beynəlxalq sərginin pavilyonlarında dünyanın 63 ölkəsindən 2300 şirkət məhsullarını nümayiş etdirib.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 643